İspaniya və Belçika əlaqələrində gərginlik artır
İspaniya hökuməti Belçika rəsmilərinin Kataloniya ilə bağlı açıqlamalarını narahatlıqla qarşıladığını elan edib.
İRNA-nın məlumatına görə, İspaniyanın baş naziri Mariano Raxoyun ofisi Belçikanın İspaniyadakı səfirinə bir elektron məktub göndərərək, Belçikanın baş naziri Çarlz Mişelin Kataloniya ilə bağlı söylədiklərini heyrətamiz adlandırıb və bu kimi rəftarların iki ölkə əlaqələrinə mənfi təsir buraxacağını bildirib.
İspaniya hökuməti Çarlz Mişelin bu sözlər ilə İspaniyanın ərazi bütövlüyünə qarşı addım atdığına inanır.
Belçikanın baş naziri Kataloniyanın müstəqilliyi ilə bağlı məsələdə İspaniya hökumətinin kənarında yer alan və ona aşkar dəstək verən Avropa ölkələrinin kənarında yer almayan yeganə şəxs olaraq, İspaniya polisinin Kataloniya sakinlərinə qarşı zorakılıqlarını tənqid edib.
İspaniyanın baş naziri Belçika baş nazirinin bu rəftarı ilə bağlı narahatlığını digər avropalı həmkarlarının diqqətinə də çatdırıb.