Tillersonun Həşdüşşəbi barədə bəyanatı İraqın işlərinə müdaxilədir
-
Tillersonun Həşdüşşəbi barədə bəyanatı İraqın işlərinə müdaxilədir
İraq baş naziri Heydər Əl-İbadinin mətbuat ofisi ABŞ dövlət katibi Reks Tillersonun Həşdüşşəbi barədə son bəyanatının İraqın daxili işlərinə müdaxilə xarakterli olduğunu bildirib.
İRİB-in verdiyi məlumata görə, İraq baş nazirinin mətbuat ofisi bu gün bildirib: Əl-Həşdüşşəbi qüvvələri vətəni müdafiə uğrunda canlarından keçmiş, özlərindən böyük fədakarlıq nümayiş etdirmiş milli qəhrəmanlardır və kimsənin bu kimi məsələlərə müdaxilə etməyə və iraqlılar üçün qərar qəbul etməyə haqqı yoxdur.
İraq baş nazirinin mətbuat ofisi bildirib: İraq xalqı öz torpaqlarında mübarizə aparır və heç bir xarici qüvvə İraqda fəaliyyət göstərmir.
Məlumatda deyilir: İŞİD-ə qarşı amerikan koalissiya yaxud hər hansı ölkə qüvvələrinin İraqdakı fəaliyyəti təlimata, locestik dəstəyə və hava dəstəyinə məhdudlaşır və onların quru toqquşmalarında heç bir rolu yoxdur.
ABŞ dövlət katibi Reks Tillerson dünən Ərrəyadda Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüşündə iddia edib ki, İraqda İŞİD ilə mübarizə aparan şiə yaraqlılar artıq işlərini görüblər və indi bu ölkəni tərk etməlidirlər.
İraqıın keçmiş xarici işlər naziri Huşyar Zibari də özünün Tvitter səhifəsində İraqın baş naziri Heydər Əl-İbadinin Səudiyyə Ərəbistanına səfəri və onun səfəri ilə eyni zamanda ABŞ dövlət katibinin də Ərrəyadda olmasına reaksiya verib: Amerika , İraqı Səudiyyə Ərəbistanına tərəf yönəltməklə Bağdadı Tehrandan ayıracağını düşünürsə demək Amerika müştəbehdir.
Dünən İraqın baş naziri Heydər Əl-İbadinin Səudiyyə Ərəbistanına qısa səfərində iki ölkənin koordinasiya iclası keçirilib və Səudiyyə kralı Salman bin Əbdül-Əziz bu iclasda Ərrəyadın Bağdadı və İraqın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.