Gürcüstanda bələdiyyə seçkilərində hakim partiya qələbə çalıb
-
Gürcüstanda bələdiyyə seçkilərində hakim partiya qələbə çalıb
Gürcüstan rövyası adlı Gürcüstanın hakim partiyası ölkədə keçirilən bələdiyyə seçkilərinin qalibi olub.
İRNA-nın verdiyi məlumata görə, Gürcüstan bələdiyyə seçkiləri mərkəzi komissiyası bu gün bildirib ki, Hakim partiya 22 siyasi partiya arasından səslərin 55.7 faizini əldə edərək 3 min 644 seçki məntəqəsindən ən çox səsi toplamış olub.
Gürcüstanda bələdiyyə seçkiləri şənbə günü keçirildi. Seçkilərdə 5 şəhərin bələdiyyə sədri, 59 rayonun icra başçısı, eləcə də 64 bələdiyyə şurasının üzvləri seçildilər. Seçilənlərin yekun sayı 2 min 58 nəfərdən ibarətdir.
Gürcüstanda Vahid Milli hərəkat adlı müxalifət partiyası bu seçkilərdə səslərin 17.07 faizini qazanmış olub.
Gürcüstanda bələdiyyə seçkilərində səs vermək hüququna malik olanlarına sayının 3 milyon 440 min nəfər olduğu bildirilmişdi.