Rusiya: Kiyev diktatorluğa doğru hərəkət edir
-
Mariya Zaxarova
Rusiya Ukraynada polis rejiminin formalaşması barədə xəbərdarlıq edib.
Rusiya xarici işlər nazirliyinin sözçüsü dünən deyib: Kiyev polis hökuməti və diktatura rejiminə doğru hərəkət edir.
Mariya Zaxarova vurğulayıb ki, Ukraynanın təhlükəsizlik və polis qüvvələri qanuna riayət etmirlər. O, deyib: Ukraynada təhlükəli bir şərait yaranıbdır.
Son günlərdə Ukrayna parlamenti qarşısındakı xalq etirazları bu ölkənin təhlükəsizlik və polis qüvvələri tərəfindən yatırılıbdır.
Ukrayna dövləti müxaliflərindən minlərlə nəfər "hökumət korrupsiyası"na etiraz olaraq, oktyabrın 17-dən bəri piket keçirir.
Dövlət müxalifləri bu piketdə məqsədi, parlament üzvlərinin toxunulmazlığının ləğvi, yeni seçki qanununun qəbulu və Ukrayna başçılarının korrupsiyasına baxılması üzrə məhkəmənin təşkili elan ediblər.
Rusiya xarici işlər nazirliyinin sözçüsü həmçinin Ukraynanın əsas qanununda rus dili və azlıqda olan qrupların dilləri barədə vətəndaş hüquqlarına zəmanətin verildiyini qeyd edərək, vurğulayıb ki, bu qanun asanlıqla Kiyev başçıları tərəfindən pozulur.