Okt 28, 2017 11:01 Asia/Baku
  • Barselonada Kataloniyanın müstəqillik elan etməsinə qarşı etiraz
    Barselonada Kataloniyanın müstəqillik elan etməsinə qarşı etiraz

Barselona şəhərində yüzlərlə sakin Kataloniyanın müstəqillik elan etməsinə qarşı dünən gecə şəhərin mərkəzində aksiya keçirib.

AP-nin verdiyi məlumata görə, İspaniyanın baş naziri Mariano Raxoy dünən gecə Kataloniya yerli hökuməti və parlamentini buraxıb və bu bölgənin İspaniya dövləti tərəfindən idarə olunacağını bildirib. 

Kataloniyanın sosialıst rəhbəri Mixel İsta İspaniya dövlətinin mövqeyini müsbət qarşılayaraq Tvitterdə bildirib: Kataloniyada müstəqillik elan edilməsi separatçıların səhv və məsuliyyətsiz qərarının nəticəsi oldu. 

Bu məlumata görə, Kataloniya sakinlərinin hamısı yerli hökumətin qərarından razı deyillər. 

Kataloniya yerli parlamenti dünən bu bölgənin İspaniyadan tam ayrılması qətnaməsinə müsbət səs verdi halbuki, Sosialist, Xalq və Vətəndaş Partiyalarının nümayəndələri etiraz əlaməti olaraq parlamenti tərk etdilər və sadəcə istiqlan tərəfdarı olan partiyaların nümayəndələri səsvermədə iştirak etdilər. 

Eyni zamanda İspaniya Senatı 2015 səslə Kataloniyanın müxtariyyətinini davam etməsinə qarşı çıxıblar, bu bölgəyə mərkəzi hökumətin bir başa nəzarətinin bərpa edilməsinə dayir qanun qəbul ediblər. 

 

Teqlər