Rusiyanın Ukraynadan tələbi
-
Rusiyanın Ukraynadan tələbi
Rusiyanın maliyyə naziri Moskvanın Kiyevin Rusiyaya olan üç milyard dollarlıq borcunun ödənişi barədə Ukrayna rəsmilərilə danışıqlara hazır olmasından xəbər verib.
Rusiyanın maliyyə naziri Anton Silvanov bu ölkənin Ukrayna üçün mövcud olan maliyyə seçimlərinə toxunaraq, deyib: Ukraynanın borclarının ödənişi üzrə qanuni və hüquqi mərhələlər bir yana qalsın, Moskva Ukraynanın ödənişi üçün ən yaxşı şərait nəzərdə tutubdur.
Moskva başçıları ümidvarlıq ediblər ki, onların ukraynalı həmkarları Rusiyanın hazırkı şəraitindən istifadə edərək, tez bir zamanda borclarını ödəyəcək və öz maliyyə öhdəliklərinə sadiq qalacaqlar.
Rusiya prezidenti Vladimir Putin 2013-cü ilin dekabrında Ukraynanın ozamankı prezidenti Viktor Yanukoviç ilə razılaşmada üzərinə öhdəlik götürdü ki, vəsiqə və ya qiymətli vərəqələr almaq qarşılığında Kiyevə 15 milyard dollarlıq kredit versin.
Belə bir halda, Kiyevin Rusiyaya olan borcunun 2015-ci ilin dekabr ayının əvvəllərində Beynəlxalq Valyuta Fondu tərəfindən təsdiq olunmasına rəğmən, elə həmin ayın sonlarında Ukrayna dövləti özünün Rusiyaya olan borcunu ödəməkdən boyun qaçırdı.