Noy 03, 2017 11:08 Asia/Baku
  • ABŞ-ın Koreya yarımadasındakı hərbi hərəkətləri
    ABŞ-ın Koreya yarımadasındakı hərbi hərəkətləri

İnformasiya mənbələri ABŞ prezidentinin Asiyanın şərqinə səfəri ərəfəsində xəbər veriblər ki, Amerikanın B-1B bombardmançıları Cənub Koreya üzərində uçmağa başlayıblar.

İnformasiya mənbələri bu gün səhər tezdən səs sürətindən yuxarı bombardmançı təyyarə olan B-1B qırıcılarının Cənubi Koreya və Yaponiya hərbi təyyarələrilə yanaşı Cənubi Koreyanın hava məkanında uçmasından xəbər veriblər.

Şimali Koreyanın rəsmi informasiya agentliyi bu barədə yazıb ki, nüvə silahları ilə Şimali Koreyanı məhv etmək niyyətində olan Amerika oktyabr ayında olduğu kimi cari noyabr ayında da bu ölkəyə qarşı təhdidlərini davam etdirir.

Amerikanın hava qüvvələri bu ölkənin qırıcı-bombardmançı təyyarələrinin Cənubi Koreyanın səmasında uçmalarını təsdiq etsə də iddia edibdir ki, bu təlim-məşqlər xas bir təhdidə reaksiya deyil, sadəcə olaraq Amerikanın adi əməliyyatlarının bir hissəsi kimi həyata keçirilibdir.

ABŞ-ın Koreya yarımadasındakı hərbi hərəkətləri bu məntəqənin böhranlı qalmaqda davam etməsinə bais olubdur.

Teqlər