MKİ-nin şefi: Rusiya ABŞ prezident seçkilərinə müdaxilə edib
-
MKİ-nin şefi: Rusiya ABŞ prezident seçkilərinə müdaxilə edib
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ) şefi Mayk Pompeo şənbə günü bir daha Rusiyanı Amerikada keçirilən prezident seçkilərinin gedişinə müdaxilə etməkdə ittiham edib.
Rusiya prezidenti Vladimir Putin daha öncə bu ölkənin Amerikada keçirilən prezident seçkilərinə hər hansı müdaxiləsi ilə bağlı bütün iddiaları rədd etmişdi.
İRİB-nin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinin sözlərini dolayısı ilə təsdiq etməsinin ardınca, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi bir bəyanat yayaraq, MKİ şefinin keçmişdə olduğu kimi hələ də ABŞ-ın Kəşfiyyat Xidmətləri tərəfindən 2017-ci ilin yanvarında təqdim edilən hesabatlara əsasən Rusiyanın Amerikada keçirilən prezident seçkilərinin gedişinə müdaxilə etməsi fikrini dəstəklədiyini elan edib.
ABŞ Konqresi və Federal Təhqiqatlar Bürosunun(FTB) faktaraşdırıcı komitələri ötən may ayından etibarən Rusiyanın Amerikada keçirilən 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı faktların toplanılması və araşdırılmasına başlayıblar. Araşdırmalar seçkilərin qalibi olmuş Donald Trampın, onun ailə üzvlərinin və ya çevrəsində olan yaxın insanların Rusiya ilə hər hansı əlaqəyə malik olmasına yönəlik aparılır.