Noy 18, 2017 10:42 Asia/Baku
  • Hindistanın şimal-şərqində zəlzələ baş verib
    Hindistanın şimal-şərqində zəlzələ baş verib

Hindistanın şimal-şərqində, Arunaçal Pradeş vilayətində Rixter şkalası ilə 6.4 bal gücündə zəlzələ baş verib.

İRNA-nın məlumatına görə, Hindistanın Seysmologiya Təşkilatı bildirib: Bu zəlzələ günün ilk saatlarında yerin 10 km dərinliyində qeydə alınıb. 

Bu zəlzələ insanların qorxuya düşməsinə və evlərini tərk etməsinə səbəb olub. 

Hələ ki, zəlzələnin ehtimal olunan insan tələfatı və vurduğu zərər və ziyanlar barədə məlumat yayılmayıb. 

Teqlər