Rusiya Yaponiyanın Suriya əleyhinə qətnamə layihəsini veto etdi
-
Rusiya Yaponiyanın Suriya əleyhinə qətnamə layihəsini veto etdi
Rusiya cümə günü Yaponiya tərəfindən Təhlükəsizlik Şurasına təqdim edilən və Suriyada kimyəvi silahdan istifadə iddiası ilə bağlı əlavə araşdırmaların aparılması üçün BMT ilə Kimyəvi Silahlara Qadağa Təşkilatının müştərək Faktaraşdırıcı Komitəsinin fəaliyyət müddətinin daha bir ay uzadılmasını istəyən qətnamə layihəsini veto edib.
Rusiya 2011-ci ildə Suriyada təhlükəsizlik böhranının başlandığı zamandan indiyə kimi Təhlükəsizlik Şurasında Suriya əleyhinə qətnamənin qəbul edilməsinə mane olmaq üçün 11 dəfə öz veto haqqından istifadə edib. Suriya böhranı ABŞ, Ərəbistan və müttəfiqlərinin dəstəklədikləri xarici terrorçuların Suriyada hakim quruluşu dəyişmək və regionda qüdrət balansını İsrail rejiminin xeyrinə dəyişmək məqsədi ilə Suriyaya hücum etməsinin ardınca başlandı.
Rusiya Xarici İşlər Nazirliyi cümə günü Suriya əleyhinə qətnaməni veto etməzdən öncə bir bəyanat yayaraq, ABŞ-ın BMT-nin faktaraşdırıcı komitəsindən öz siyasi maraqlarını təmin etmək üçün bir vasitə olaraq istifadə etdiyini bildirmişdi.
Rusiya cümə axşamı da ABŞ-ın Xan Şeyxun hadisəsi ilə bağlı daha artıq araşdırmaların aparılması üçün BMT və Kimyəvi Silahlara Qadağa Təşkilatının birgə Faktaraşdırıcı Komitəsinin fəaliyyətinin uzadılması üzrə qətnaməsini veto etmişdi.
4 aprel 2017-ci il tarixində Suriyanın İdlib vilayətində Xan Şeyxun məntəqəsinə edilən şübhəli kimyəvi silah hücumunda 100-dən çox insan ölmüş, 400 nəfər isə yaralanmışdı.