MKİ xərçəng xəstəliyinin müalicəsini gizli saxlayıb
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi MKİ 34 il müddətinə xərçəng xəstəliyinin çox faydalı metodla müalicəsini gizli saxlayıb.
MKİ 34 il müddətinə dünyada xərçəng xəstəliyinin müalicəsində inqilab ola biləcək bir elmi araşdırmanın nəticələrini gizlədib.
İngiltərənin Daily Star qəzeti MKİ-nin bu hərəkətinin səbəbini naməlum adlandırıb və əlavə edib: MKİ 1983-cü ilə aid sənədi ifşa edib. Bu sənəd bir araşdırmanın nəticəsinə şamil olur. Həmin araşdırma sübut edir ki, insan bədəni özünü müalicə edə bilər, sadəcə xəstəyə təlim keçmək lazımdır ki, orqanizminin bioloji funksiyasına nəzarət etsin.
Daily Starın yayımladığı sənəd biofidik və maqnit yuxu metodu ilə beyin dalğalarına nəzarət etmək üçün xəstələrə kömək etməyə dair bu müalicə metodunu göstərir. Belə ki, xəstələr yüksək səviyyədə ayıq-sayıqlığı əldə edə bilirlər. Bu məlumatın o dövrdə yayımlanması dünyada milyonlarla insanın həyatının xilas olması ilə nəticələnə bilərdi.