Kvebek ştatında rübəndin qadağası durdurulub
Kanadanın bir məhkəmə hakimi Kvebek ştatında rübənddən istifadə qadağasını durdurub.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, Kanadanın bir məhkəmə hakimi Babək Barin cümə günü bir qərar verərək üzün tam örtülməsi və rübənddən istifadənin olunmasının qadağan edilməsinə dair Kvebek ştatında 2017-ci il oktyabr qərarının icrasını durdurub.
Bu qanuna əsasən, Kvebek sakinləri ictimai xidmətlərdən istifadə edərkən və bu xidmətləri təqdim edərkən üzünü tam şəkildə örtmək haqqından məhrumdurlar.
Kanadalı hakimin bu qərarı hüquq azadlığını dəstəkləyən qruplar üçün qələbə mənasındadır. O bu qanunu məchul vəziyyətlə üzləşdirib və onu müsəlman qadınlara qarşı ayrı-seşkilik adlandırıb.
Kanada Statistika İnstitutunun 2011-ci illə əlaqədar məlumatlarına əsasən, Kvebekin 8 milyon əhalisinin 243 min nəfəri müsəlmandır.
Fransa, Belçika, Hollandiya, Bolqarıstan və Almaniyanın Bayern əyaləti ictimai məkanlarda üzün tam şəkildə örtülməsinə məhdudiyyət tətbiq ediblər. Danimarka da belə məhdudiyyəti tətbiq etmək ardıncadır.
Bu qanunların tənzimləyiciləri və tərəfdarları terrorizmdən yaranan təhlükəsizlik problemlərini əsas gətirirlər. Lakin əleyhdarlar belə bir sualı irəli sürürlər ki, rübəndli qadınlar Avropada son bir neçə ildə terror aktlarının neçə faizində iştirak etmişlər?