Xəzər ölkələri xarici işlər nazirləri Moskvada bir araya gəliblər
-
Xəzər ölkələri xarici işlər nazirləri Moskvada bir araya gəliblər
Xəzər dənizi ətrafında yerləşən 5 ölkənin xarici işlər naziri Xəzər dənizinin hüququ statusu ilə bağlı müzakirələri davam etdirmək məqsədi ilə Moskvada, Rusiya Xarici İşlər Nazirliyinin binasında bir araya gəliblər.
Bu, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi və bütün qonşu ölkələrin maraqlarını təmin edəcək bir anlaşmaya nail olmaq üzrə xarici işlər nazirləri səviyyəsində təşkil edilən 7-ci iclasdır.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskva iclası ilə bağlı deyib: “Sahil ölkələrinin əsas məqsədi ölkə başçıları səviyyəsində Astana keçiriləcək sammit iclasına kimi müəyyən irəliləyişin əldə edilməsidir. Bir çox məsələ ilə bağlı anlaşma əldə edilib. Amma, bütün sahələrlə bağlı anlaşmanın əldə edilmədiyi zamana kimi Astana iclasında gündəmə çıxarılacaq hər hansı bir konvensiya da olmayacaq. Sahil ölkələrinin ortaq fikirə malik olduqları və ya uzun sürən müzakirələr müddətində barəsində ortaq fikir formalaşan məsələlərdən biri Xəzər dənizində xarici hərbi qüvvələrin olmasıdır. Bu anlaşma çox böyük səy və təlaş nəticəsində əldə edilib.”
Rusiya xarici işlər naziri Sergey Lavrov isə Moskva iclasının əvvəlində müzakirələrin ötən 6 dövrünü konstruktiv və səmərəli adlandırıb və deyib: Hamımız səmimi qonşuluq münasibətləri çərçivəsində Xəzərin hüquqi statusunun müəyyən edilməsi istiqamətində ciddi səylər həyata keçirmişik. Sergey Lavrov həmçinin, ötən müzakirələrdə əldə edilmiş anlaşmaları son dərəcə dəyərli adlandırıb.
Xəzər dənizi ətrafında yerləşən ölkələrin xarici işlər nazirlərinin Moskva iclası bu 5 ölkənin müzakirə və anlaşma prinsipinə sadiq qalmasının nişanəsidir. Ekspertlər və nazir müavinləri səviyyəsində başlayan və xarici işlər nazirləri səviyyəsində davam edən müzakirələr sonda Qazaxıstanın paytaxtı Astana şəhərində ölkə başçıları səviyyəsində yekunlaşdırılmalıdır.