Kanada ABŞ səfirliyinin Beytül-Müqəddəsə köçürülməsinə qarşı çıxdı
https://azeri.sahartv.ir/news/dünya-i288481-kanada_abŞ_səfirliyinin_beytül_müqəddəsə_köçürülməsinə_qarşı_çıxdı
Kanada Xarici İşlər Nazirliyi ABŞ səfirliyinin Beytül-Müqəddəsə köçürülməsinə qarşı çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2017 21:34 Asia/Baku
  • Kanada ABŞ səfirliyinin Beytül-Müqəddəsə köçürülməsinə qarşı çıxdı

Kanada Xarici İşlər Nazirliyi ABŞ səfirliyinin Beytül-Müqəddəsə köçürülməsinə qarşı çıxıb.

Əl-Minar xəbər televiziyasının məlumatına görə, Kanada Xarici İşlər Nazirliyi bildirib: Bu ölkə Beytül-Müqəddəsi sionist rejimin paytaxtı olaraq rəsmən tanımayacaq. 

Kanada XİN əlavə edib: Səfirliyini heç vaxt Tələvivdən Beytül-Müqəddəsə köçürməyəcək. 

Kanada Xarici İşlər Nazirliyinin mətbuat katibi Adam Oustin deyib: Kanada Yaxın Şərqdə davamlı və əhatəli sülh, o cümlədən Fələstin dövlətinin təşkil olunmasına tam sadiqdir. 

Beynəlxalq ictimaiyyət, o cümlədən Ağ Evin bir çox avropalı və ərəb müttəfiqi Trampın bu qərarına qarşı çıxıb.