Dek 12, 2017 21:56 Asia/Baku
  • İtaliyada həkimlər və baytarlar tətil elan ediblər
    İtaliyada həkimlər və baytarlar tətil elan ediblər

İtaliyada həkimlər və baytarlar hökumətin bu sektora qarşı məhvedici qərarlar adlandırdıqları məsələyə qarşı İqtisadiyyat Nazirliyi qarşısında oturaq aksiya keçiriblər.

Ansa xəbər agentliyinin verdiyi məlumata görə, sindikatların çağırışının ardınca on minlərlə həkim və baytar İtaliyanın müxtəlif rayonlarında dünəndən etibarən 24 saatlıq tətil elan ediblər. 

Bu tətildə cəmi 134 min həkim iştirak edib və bunun nəticəsində İtaliyada 40 min cərrahiyyə əməliyyatı və yüz minlərlə tibbi müayinə dayandırılıb. 

İtaliya sindikatlarının bildirdiklərinə görə, səhiyyə sektorunda ən azı 600 milyon avro budcə kəsri var və başqa problem 2010-cu ildən bəri 9 min həkim və 50 min səhiyyə işçisinin ixtisara salınmasıdır.

Teqlər