De Mistura: Müzakirələrin 8-ci dövrü başa çatdı, nəticəsiz
-
De Mistura: Müzakirələrin 8-ci dövrü başa çatdı, nəticəsiz
BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi cümə axşamı Cenevrədə keçirilən 8-ci Suriya sülh müzakirələrinin başa çatdığını elan edib və deyib: Müzakirələr üçün təyin edilmiş məqsədlər əldə edilmədi.
Rusiya Əl-Yəum bildirir: De Mistura Suriya hökuməti və müxaliflərinin nümayəndə heyətləri arasındakı fikir ayrılıqlarına işarə edərək, tərəflər arasında birbaşa danışıqların aparılması üzrə bütün səylərin yetərsiz qaldığını deyib.
Bundan öncə Suriya hökuməti müxaliflərin "Ər-Riyad - 2" iclasında qəbul edilmiş bəyanatı ləğv etmədikləri zamana kimi, onlarla birbaşa danışıqlar aparmayacağını elan edib.
Ər-Riyad - 2 bəyanatı Bəşşar Əsədin hakimiyyətdən getməsinə təkid edir. Bu da Suriya hökumətinin sülh müzakirələrindəki nümayəndə heyətinin ciddi etirazına səbəb olub və onlar 1 gün təxirlə Cenevrəyə daxil olublar.