Rusiyada keçiriləcək prezident seçkilərinin tarixi elan edildi
https://azeri.sahartv.ir/news/dünya-i289383-rusiyada_keçiriləcək_prezident_seçkilərinin_tarixi_elan_edildi
Rusiya Federasiya Şurası 18 mart 2018-ci il tarixini bu ölkədə keçiriləcək prezident seçkilərinin tarixi olaraq elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2017 18:21 Asia/Baku
  • Rusiyada keçiriləcək prezident seçkilərinin tarixi elan edildi
    Rusiyada keçiriləcək prezident seçkilərinin tarixi elan edildi

Rusiya Federasiya Şurası 18 mart 2018-ci il tarixini bu ölkədə keçiriləcək prezident seçkilərinin tarixi olaraq elan edib.

İRNA-nın məlumatına görə, Rusiya Federasiya Şurasının sədr müavini Andro Turçak bu gün deyib: Prezident seçkilərinin Krımın Rusiyaya birləşdirilməsi ilə eyni gündə keçirilməsi xeyli önəmlidir və xalqın seçkilərdə daha artıq iştirakına səbəb olacaq.

Rusiyanın Mərkəzi Seçki Komissiyasının sədri də Rusiya Federasiyası Şurasının iclasında deyib: İndiyə kimi 23 nəfər prezident seçkiləri üçün öz namizədliyini irəli sürüb.

Prezident seçkilərinə namizədliyini irəli sürənlər arasında iki qadın da var. Onlardan biri Ksenya Sobçak adlı televiziya paracısıdır.

Hazırkı prezident Vladimir Putin də növbəti prezident seçkilərində iştirak edəcəyini bildirib.