Pentaqon Suriyada terrorçulara təlim proqramı icra edir
https://azeri.sahartv.ir/news/dünya-i289453-pentaqon_suriyada_terrorçulara_təlim_proqramı_icra_edir
Rusiya Müdafiə Nazirliyi bildirib: ABŞ Müdafiə Nazirliyi Pentaqonun Suriyada terrorçuların təlimi və dəstəklənməsində rolu vardır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2017 14:51 Asia/Baku
  • Pentaqon Suriyada terrorçulara təlim proqramı icra edir
    Pentaqon Suriyada terrorçulara təlim proqramı icra edir

Rusiya Müdafiə Nazirliyi bildirib: ABŞ Müdafiə Nazirliyi Pentaqonun Suriyada terrorçuların təlimi və dəstəklənməsində rolu vardır.

İRNA-nın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi şənbə günü bildirib: Amerikalı hərbi təlimçilər Suriyada silahlı terrorçu qruplara təlimlər keçirlər. 

Bu bəyanatda bildirilib: Pentaqon 6 ay öncədən Suriyanın Həsəkə vilayətində terrorçu qrupların təlimi və dəstəklənməsinə başlanıb. 

Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib: Bu təlim düşərgələrində təxminən 800 terrorçu təlim keçib və Suriyanın cənub bölgələrinə ezam olunublar. 

Rusiya prezidenti Vladimir Putin də ABŞ-ın terror qruplarından istifadə etməsi haqda deyib: ABŞ qüvvələri Suriyada dəfələrlə terrorçularla mübarizədən çəkiniblər və amerikalı hərbçilərin hərəkətləri nəticəsində terrorçular ölümdən xilas olublar. 

Rusiya dəfələrlə ABŞ-ı öz məqsədlərini irəlilətmək üçün Suriyada terror qruplarını dəstəkləməsini tənqid edib. 

ABŞ və bu ölkənin qərbli və ərəb şərikləri İŞİD terror qruplaşmasnın maliyyə və silah dəstəkçiləri hesab olunurlar.