Rusiya: ABŞ-ın Suriyadakı hərbi iştirakı qeyri-qanunidir
https://azeri.sahartv.ir/news/dünya-i289581-rusiya_abŞ_ın_suriyadakı_hərbi_iştirakı_qeyri_qanunidir
Rusiya ABŞ-ın Suriyadakı iştirakının qeyri-qanuni olduğunu xatırladaraq, bu ölkə hərbçilərinin dərhal Suriyadan geri çağırılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 17, 2017 18:21 Asia/Baku
  • Rusiya: ABŞ-ın Suriyadakı hərbi iştirakı qeyri-qanunidir
    Rusiya: ABŞ-ın Suriyadakı hərbi iştirakı qeyri-qanunidir

Rusiya ABŞ-ın Suriyadakı iştirakının qeyri-qanuni olduğunu xatırladaraq, bu ölkə hərbçilərinin dərhal Suriyadan geri çağırılmasını istəyib.

Ötən bir neçə ildə Suriya xalqını qırğın edən ABŞ silahlarının sərgisi təşkil edilib. İŞİD-in Suriyada məğlub olmasının ardınca, bu dəfə Vaşinqton regionda təhlükəsizliyin təmin edilməsi adı altında öz ssenarisini davam etdirməyə çalışır. Bunun üçün xilas etməyi bacardığı terrorçulara hərbi təlimlər keçməklə, onlardan bir daha region xalqlarına qarşı istifadə etməyə çalışır.

Rusiya televiziyasının  yayımladığı kadrlar ABŞ-ın Suriyada İŞİD və digər terrorçu qruplaşmalara olan silah yardımlarının yeni miqyasını ortaya qoymuş olub. Bu modern silahlar indiyə kimi minlərlə günahsız suriyalının qırğın edilməsində istifadə olunub.

Rusiya Hərbi Araşdırmalar Mərkəzinin baş analitiki Vladimir Kuzin deyir: “ABŞ öz qüvvələrini Suriyadan çıxartmalıdır. ABŞ-ın silahları, Ərəbistanın neft dollarları və Avropa ölkələrinin informasiya dəstəkləri İŞİD-in Suriyada məğlub olmasını önləyə bilmədi. Buna görə də ABŞ çox narahatdır.”

Rusiyanın Suriyada atəşkəsə nəzarət mərkəzi də ABŞ-ın Suriyada İŞİD-in sağ qalmış ünsürlərinə hərbi təlimlər keçdiyini bildirib.

Hərbi məsələlər üzrə analitik Maksim Suçkov deyir: “Mənim qənaətimə görə, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriyada, Həsəkə məntəqəsində İŞİD-in qalıqlarına təlimlər keçməklə məşğuldur. Amerikalılar məğlubiyyətlərinin əvəzini çıxmaq istəyirlər.”

Bu arada Rusiyanın Cenevrədə, beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi ABŞ-ın Suriyadakı destruktiv mövqeyini tənqid edərək, ABŞ hərbçilərinin Suriyadan çıxarılmasını istəyib.

Borodakin deyib: “ABŞ hərbçilərinin Suriyadakı iştirakı tamamilə qeyri-qanunidir. Buna görə də onlar Suriyanı tərk etməlidirlər.”

Bu arada Valday beynəlxalq araşdırmalar mərkəzində ABŞ-ın Yaxın Şərqlə bağlı destruktiv rəftarları və bu ölkə prezidenti Trampın Qüdslə bağlı son qalmaqallı qərarı araşdırılıb.