Rusiya: ABŞ nüvə başlıqlarını Avropadan yığışdırsın
-
Rusiya: ABŞ nüvə başlıqlarını Avropadan yığışdırsın
Rusiya Xarici İşlər Nazirliyinin silahlara nəzarət və onların yayılmasına qadağa idarəsinin rəhbəri ABŞ-ın Avropa ölkələrindəki nüvə başlıqlarının bu ölkələrdən çıxarılmasını istəyib.
İRNA-nın verdiyi məlumata görə, Mixail Ulyanov dünən Rusiyanın SSRİ dağıldıqdan sonra özünün bütün nüvə başlıqlarını öz ərazilərinə köçürdüyünü bildirərək deyib: Vaşinqtonda çoxdan öz ölümcül silahlarını Amerika ərazisinə köçürməli idi.
Rusiya Xarici İşlər Nazirliyinin silahlara nəzarət və onların yayılmasına qadağa idarəsinin rəhbəri deyib: Amerika özünün gözə çarpacaq sayda atom bombasını Avropa ölkələrində saxlamaqdan əlavə , müharibələrdə istifadə üçün dağıdıcılıq gücünün azaldılması və diqqət səviyyəsinin artırılması məqsədi ilə öz nüvə silahlarını modernləşdirmək niyyətindədir