Rusiya: BMT Baş Assambleyasının Qüdslə bağlı qətnaməsi ABŞ üçün böyük bir məğlubiyyətdir
https://azeri.sahartv.ir/news/dünya-i290025-rusiya_bmt_baş_assambleyasının_qüdslə_bağlı_qətnaməsi_abŞ_üçün_böyük_bir_məğlubiyyətdir
Rusiyanın Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Qüdsü himayə qətnaməsinin BMT Baş Assambleyasında qəbul edilməsini ABŞ üçün böyük məğlubiyyət adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2017 17:15 Asia/Baku
  • Aleksey Yuşkov - Rusiyanın Federasiya Şurasının üzvü
    Aleksey Yuşkov - Rusiyanın Federasiya Şurasının üzvü

Rusiyanın Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Qüdsü himayə qətnaməsinin BMT Baş Assambleyasında qəbul edilməsini ABŞ üçün böyük məğlubiyyət adlandırıb.

İRNA-nın məlumatına görə, Aleksey Yuşkov cümə günü öz tvitter səhifəsində paylaşdığı yazıda BMT Baş Assambleyasının Qüdslə bağlı qətnaməsinə işarə edərək, BMT Baş Assambleyasının Qüds və Nasizm ilə bağlı iki qətnaməsini ABŞ üçün böyük məğlubiyyət adlandırıb. Belə ki, hər iki qətnamədə üzv ölkələrin üçdə ikisindən daha çoxu qətnamənin lehinə səs verib. 

Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Şurasının sədri bu hadisəni ABŞ-ın beynəlxalq arenada təklənməsi və təcrid ilə üzləşməsinin nişanəsi adlandırıb. 

BMT Baş Assambleyası Qüdsü himayə qətnaməsini 128 lehinə, 9 əleyhinə və 35 bitərəf səs ilə qəbul edib. Bu qətnamə Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarına qarşı olaraq hazırlanıb.