Putin: Rusiya etimad əsasında dünya ilə əməkdaşlığa hazırdır
https://azeri.sahartv.ir/news/dünya-i290119-putin_rusiya_etimad_əsasında_dünya_ilə_əməkdaşlığa_hazırdır
Rusiya Federasiyası prezidenti dünya ilə şərtli əməkdaşlığı vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2017 06:31 Asia/Baku
  • Putin: Rusiya etimad əsasında dünya ilə əməkdaşlığa hazırdır
    Putin: Rusiya etimad əsasında dünya ilə əməkdaşlığa hazırdır

Rusiya Federasiyası prezidenti dünya ilə şərtli əməkdaşlığı vurğulayıb.

RİA Novosti-nin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin şənbə günü Rusiyaya hakim partiya "Vahid Rusiya" partiyasının iclasında deyib: Moskva bütün ölkələrlə əməkdaşlığa hazırdır. Lakin öz milli mənafeyini qurban verməyəcək. 

Vladimir Putin bildirib: Rusiya etimad və bərabərlik prinsipi əsasında qərb və şərqlə əməkdaşlığa hazırdır. Lakin öz vətəndaşlarının təhlükəsizliyi və milli mənafeyini qurban verməyəcək. 

Rusiya prezidenti həmçinin deyib: Rusiya heç bir ölkə ilə qarşılaşmaq niyyətində deyil. 

Rusiya prezident seçkiləri 2018-ci il 18 martda keçiriləcək.

Rusiya prezidenti Vladimir Putin dördüncü dəfə namizədliyini irəli sürüb və seçkilərin birinci favoriti sayılır.