Myanmalı uşaqların acınacaqlı durumu
Birləşmiş Millətlər Təşkilatı bildirib: Banqladeşə sığınan rohinca uşaqlarının dörddə birindən çoxu aclıqla üzləşib.
Russia Todayın məlumatına görə, BMT-nin Uşaq Agentliyi rohinca uşaqları haqda son hesabatında bildirib: Myanmadan Banqladeşə qaçan rohinca uşaqlarının təxminən 27% yanlış qidalanma ilə üzləşib.
BMT-nin Uşaq Fondu YUNİSEF-in sözçüsü Kristof Bulierak da cümə günü deyib: Myanma didərginlərinin düşərgələrində 2017-ci il 22 oktaybar-27 noyabr arasında aparılan tibbi və qidalanma qrupunun üç araşdırmasına əsasən beş yaşdan aşağı 25% uşaq yanlış qidalanmadan əziyyət çəkir.
Elan olunan statistikalara əsasən ötən avqustdan sonra 655 mindən çox rohinca müsəlmanı Myanmada öz yaşadıqları ərazi yəni Raxin əyalətindən qaçmışdır.
BMT-nin İnsan Haqları Şurasının ali komissarı Zeyd Rəd əl-Hüseyn də ötən bazar ertəsi günü Fransa İnformasiya Agentliyi ilə müsahibədə bildirmişdi ki, Myanma ordusunu tərəfindən rohincalara qarşı soyqırımıcı cinayətini inkar etmək olmaz.