Sankt-Peterburq partlayışının amili həbs olunub
-
Sankt-Peterburq partlayışının amili həbs olunub
Rusiyanın təhlükəsizlik orqanları Sankt-Peterburqdakı bir satış mərkəzinə qarşı hücumun amilinin həbs olunmasından xəbər veriblər.
Rusiya təhlükəsizlik təhqiqatları komitəsinin sözçüsü Svetlana Petrenko Sankt-Peterburqdakı bir satış mərkəzinə qarşı hücumun amilinin həbs olunmasından xəbər verərək, deyibdir ki, həbs olunmuş şəxs istintaqa cəlb olunubdur.
İŞİD terror qrupu çərşənbə günü Sankt-Peterburqdakı bir satış mərkəzinə qarşı hücumun məsuliyyətini üzərinə götürüb. Həmin hücumda on səkkiz nəfər yaralanmışdı.
Rusiya prezidenti Vladimir Putin cümə axşamı günü Sankt-Peterburq partlayışını terror hücumu adlandırıb və vurğulayıb ki, bu ölkənin federal təhlükəsizlik xidmətinə canilərin həbs olunduqları zaman onlarla qanun əsasında hərəkət etmələri barədə göstəriş veribdir.
Rusiya 2015-ci ilin ortalarından bəri Suriya dövlətinin rəsmi xahişi ilə bu ölkədə hərbi iştiraka malikdir. Rusiya özünün hava-kosmos bölmələrindən istifadə edərək, İŞİD və Cibhətunnusrə terrorçularının mövqelərini bombalayır və suriyalı hərbçilərin quru əməliyyatlarını himayə edir. Elə bu məsələ Rusiyada terror hücumlarının artmasına səbəb olubdur.