Rusiya şiələri ABŞ-ı qınayıblar
-
Rusiya şiələri ABŞ-ı qınayıblar
Rusiya şiələri cəmiyyətinin sədri deyib: Amerika İrana qarşı terrorizm hərbəsindən istifadədə məğlubiyyətə uğradıqda Vaşinqton İrandakı iğtişaşçılara dəstək verir.
İRNA-nın verdiyi məlumata görə, Rusiya şiələri cəmiyyətinin sədri Nizami Baloğlanov ABŞ-ın müsəlman ölkələrə zərbə vurmaq niyyətində olduğunu bildirərək deyib: Vaşinqton öz təxribat imkanlarını müsəlman ölkələr xüsusiylə iki əsas müsəlman güc olan İran və Türkiyəyə qarşı təmərküzləşdirib.
Baloğlanov Amerikanın müsəlman ölkələrə qarşı anti-islam planlarını terrorizm, iğtişaş və destabillik yolu ilə həyata keçirdiyini bildirərək deyib: İran İslam Respublikası güclüdür və Amerika və olun qərb və ərəb müttəfiqləri İrana qarşı siyasətləri və hərəkətlərindən heç bir nəticə qazanmayacaqlar.