ABŞ-ın İranın işlərinə qarışması reaksiyalara səbəb olub
-
ABŞ-ın İranın işlərinə qarışması reaksiyalara səbəb olub
Suriya, Türkiyə, İraq və Livan və Fələstin qrupları ayrı-ayrılıqda bəyanatlar yayaraq Amerikanın İranın daxili işlərinə müdaxiləsini pisləyiblər.
Suriyanın XİN ABŞ və sionist rejimin İranın işlərinə qarışmasını pisləyib.
Türkiyə XİN də bildirib ki, İranda təhlükəsizlik, sabitlik və sakitlik Türkiyə üçün böyük əhəmiyyətə malikdir.
İraqın ali islami məclisi də əcnəbilərin region ölkələrinə qarşı siyasi və mediya müdaxilələrini pisləyərək bildirib: İran rəhbəri, dövləti və xalqı yaxın günlərdə amerikan-sionist planları məğlubiyyətə uğradacaq.
Livanın İslami Əməl Cəbhəsi də İranın bəzi şəhərlərində iğtişaşçıların hərəkətlərinin qərbin açıq müdaxiləsinin göstəricisi olduğunu bəzi region dövlətlərinin İrana qarşı cəhdlərindən xəbər verdiyini bildiriblər.
Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsi də bildirib ki, Amerika və sionistlərin İrana nüfuz barədə fantaziyaları məğlubiyyətə uğrayacaq.