Rusiya bir daha İranın sanksiya edilməsinə qarşı çıxdı
https://azeri.sahartv.ir/news/dünya-i291317-rusiya_bir_daha_İranın_sanksiya_edilməsinə_qarşı_çıxdı
Rusiya xarici işlər nazirinin müavini bir daha ABŞ tərəfindən İrana sanksiyaların tətbiq və ya İran ilə nüvə anlaşmasına hansısa dəyişikliyin edilməsinə qarşı çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2018 15:30 Asia/Baku
  • Rusiya bir daha İranın sanksiya edilməsinə qarşı çıxdı

Rusiya xarici işlər nazirinin müavini bir daha ABŞ tərəfindən İrana sanksiyaların tətbiq və ya İran ilə nüvə anlaşmasına hansısa dəyişikliyin edilməsinə qarşı çıxıb.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib: Moskva ABŞ-ın sanksiyaların artırılması ilə bağlı təhdidləri ilə ümumiyyətlə müxalifdir. 

Ryabkov əlavə edib: Rusiyanın bu məsələ ilə bağlı mövqeyi hələ xeyli öncədən məlumdur. ABŞ-ın digər ölkələrə qarşı birtərəfli sanksiyaları qəbuledilməz bir metoddur. 

Rusiya xarici işlər nazirinin müavini həmçinin deyib: ABŞ rəsmiləri dünya ictimaiyyətinin Vaşinqtonun siyasətləri ilə razılaşmayan üzvləri ilə münasibətlərdə sanksiyalar tətbiq etməkdən başqa metoda malik deyillər.