Yan 07, 2018 18:59 Asia/Baku
  • Braziliya polisi tətil aksiyasına başladı, ölkədə fövqəladə vəziyyət elan edildi
    Braziliya polisi tətil aksiyasına başladı, ölkədə fövqəladə vəziyyət elan edildi

Braziliya polisinin tətil aksiyasına başlamasıilə bu ölkə hökuməti bəzi məntəqələrdə fövqəladə vəziyyət elan edib.

Telesur internet portalının verdiyi məlumata görə, Braziliya polisi 20 dekabr tarixindən əmək haqlarının vaxtında ödənilməməsinə və iş şəraitinin qeyri-münasib olmasına etiraz olaraq aksiyaya başlayıb.

Şimali Rio Qrande Ştatında fövqəladə vəziyyətin elan edilməsində məqsəd polisin tətil aksiyasına başlamasının ardınca artan iğtişaşlar və soyğunçuluqları önləmək elan edilib.

Fövqəladə vəziyyət qərarı dünəndən etibarən 180 gün müddətinə qüvvəyə minib. Fövqəladə vəziyyətin elan edilməsi ilə Braziliya polisinə etiraz aksiyalarının keçirilməsi qadağan edilib. Buna baxmayaraq, Polis əməkdaşları və zabitləri polis qərargahlarında qalaraq, küçələrdə patrul yürüşünə çıxmaqdan imtina ediblər.

Braziliya prezidenti Mişel Təmər bu məsələyə reaksiya olaraq, ordu qüvvələrinin şəhərdə yerləşdirilməsi barədə göstəriş verib.

 

Teqlər