İsrail rejimi ABŞ-ın ANROA təşkilatına maliyyə yardımını dayandırmasını dəstəkləyib
Bir sionist rəsmi deyib: Təl-Əviv ABŞ-ın Fələstinli Didərginlərə Yardım və Məşğulluq Agentliyinə (ANROA) maliyyə dəstəyini kəsməsini himayə edir.
ABŞ hökuməti BMT-yə bildirib ki, yanvar ayında ANROA üçün nəzərdə tutulmuş maliyyə yardımını 125 milyon dollar azaldıb. Və yerdə qalan məbləği də 180 milyon dollar həcmində azaltmaq niyyətindədir.
İRİB-nin verdiyi məlumata görə, Trampın bu təklifi ilk olaraq İsraildə müxtəlif reaksiyalar ilə üzləşib. Belə ki, İsrailin bəzi rəsmiləri fələstinlilərə maliyyə yardımlarının dayandırılmasının mənfi nəticələri barədə xəbərdarlıq ediblər.
Buna baxmayaraq, sionist rejimin yüksək səviyyəli bir rəsmisi deyib: Baş nazir Benyamin Netanyahu ANROA-ya maliyyə yardımlarının tədrici formada dayandırılmasını dəstəkləyir.