Meksika: Amerika ilə sərhəd divarının inşası xərcini ödəməyəcəyik
Yan 12, 2018 16:26 Asia/Baku
Meksika dövləti bildirib ki, Amerika ilə sərhəd divarının inşası xərcini ödəməyəcəkdir.
Meksikanın iqtisadiyyat naziri İldefonso Quacardo özünün twitter-dəki şəxsi səhifəsində ABŞ prezidenti Donald Trampın Meksikanın iki ölkə sərhədində divar tikintisinin xərcini ödəcəyi barədəki iddiları barədə yazıb: Meksika prezidenti bu məsələ barədə olduqca şəffaf olubdur: Meksika əsla bu divarın xərcini ödəməyəcəkdir.
Bu məlumata görə, danışıqlar aparmaq üçün Vaşinqtona səfər etmiş Meksikanın iqtisadiyyat naziri əlavə edib: Bugünkü və sonrakı müzakirələrdə divar məsələsi dialoq predmeti deyildir.
ABŞ medialarının məlumatlarına görə, Tramp bu divarın inşa layihəsi üçün onillik bir müddətə on səkkiz milyard dollar almaq ardıncadır.