Rusiya: ABŞ Rusiyanın destabilliyi ardıncadır
https://azeri.sahartv.ir/news/dünya-i292791-rusiya_abŞ_rusiyanın_destabilliyi_ardıncadır
Rusiya Xarici İşlər Nazirliyi cümə axşamı günü bir bəyanatda bildirib: ABŞ-ın Moskvadakı səfirliyi gizli şəkildə Rusiya hökumətinə müxalif qruplara maliyyə yardımı edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2018 06:09 Asia/Baku
  • Rusiya: ABŞ Rusiyanın destabilliyi ardıncadır

Rusiya Xarici İşlər Nazirliyi cümə axşamı günü bir bəyanatda bildirib: ABŞ-ın Moskvadakı səfirliyi gizli şəkildə Rusiya hökumətinə müxalif qruplara maliyyə yardımı edir.

İRNA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib: ABŞ-ın Moskvadakı səfirliyi müxalifətə kömək etməklə Rusiyada destabillik ardıncadır. 

Rusiya Xarici İşlər Nazirliyi bu bəyanatda həmçinin xatırladıb: Özünü xəbər portalı kimi tanıtdıran Bazfid adlı amerikalı internet portalı, əslində bu ölkənin təhlükəsizlik xidmətlərinin əlində bir vasitədir. Bu portal 17 noyabrda Rusiyanın ABŞ-dakı dilomatik nümayəndəlikləri, Rusiyanın ABŞ-dakı səfirliyinin hazırkı və öncəki diplomatlarının bank hesabları, depozitləri haqda gizli məlumatların yeni toplusunu yayımlayıb. 

Rusiya XİN belə bir hərəkətin ABŞ hökumətinin məlumatı olmadan həyata keçirilə bilməyəcəyinin aydın olduğunu bildirərək əlavə edib: Rusiya səfirliyi və onun diplomatlarının bank hesablarının toxunulmazlığı ABŞ hökuməti tərəfindən pozulub. 

Rusiya XİN-in bəyanatında bildirilib: Bu məlumatların ABŞ tərəfindən ifşa olunması cinayət hesab olunur.