Çin Ticarət Nazirliyi ABŞ-a etiraz etdi
Yan 19, 2018 10:18 Asia/Baku
Çin Ticarət Nazirliyi bir bəyanatda bir neçə Çin şirkətinin adının ABŞ-ın qara siyahısına salınmasına dair rəsmi Vaşinqtona etiraz edib.
İRNA-nın məlumatına görə, Çin Ticarət Nazirliyi cümə günü bir bəyanatda bildirib: 6 Çin şirkəti ABŞ-ın qara siyahısına salınıb. Bu şirkətlərin ABŞ-da investisiya və daşınmaz əmlakı satın almaq haqqı yoxdur.
Çin Ticarət Nazirliyi bildirib: ABŞ belə hərəkətləri ilə iki ölkənin iqitsadi əlaqələrinə zərbə vurmaqdadır.
ABŞ bu qənaətdədir ki, bu şirkətlər daxili qaydalar, o cümlədən mənəvi mülkiyyət hüququ qanunu pozublar. Lakin Çinin Ticarət Nazirliyinin sözçüsü Qayo Funk Pekində bir müsahibədə deyib: Bu şirkətlərin ABŞ qaydalarını pozmasına dair heç bir qanedici fakt yoxdur.