C.Koreyada xəstəxanada yanğın; tələfat var
Yan 26, 2018 09:04 Asia/Baku
-
C.Koreyada xəstəxanada yanğın; tələfat var
Cənubi Koreyada yerləşən bir xəstəxanada güclü yanğın nəticəsində onlarla nəfər ölüb və ya bədən xəsarəti alıbdır.
Cənubi Koreyanın yanğınsöndürmə üzrə məsul şəxslərinin sözlərinə görə, bu gün səhər Seuldan 280 kilometr cənubda yerləşən "Socon" xəstəxanasının təcili yardım bölməsində baş vermiş yanğın nəticəsində azı otuz bir xəstə həyatını itirib və qırx nəfər də bədən xəsarəti alıbdır.
Koreyalı mənbələr bu yanğının törənmə səbəblərinə işarə etməyiblər.
Bu yanğın elə bir halda baş veribdir ki, bir neçə həftə bundan öncə Cənubi Koreyanın mərkəzində yerləşən Ciçeon məntəqəsindəki bir idman kompleksində baş vermiş yanğın nəticəsində də on altı nəfər həyatını itirmişdi.