Vaşinqton qrupu sənədi tənzimləyənlərin iradəsinin Suriyaya qəbul etdirilməsi ardıncadır
https://azeri.sahartv.ir/news/dünya-i293691-vaşinqton_qrupu_sənədi_tənzimləyənlərin_iradəsinin_suriyaya_qəbul_etdirilməsi_ardıncadır
Rusiyanın Livandakı səfirinin qənaətincə, Vaşinqton qrupunun Suriya haqdakı sənədi, onu tənzimləyənlərin istəklərinin Suriyaya qəbul etdirilməsi məqsədini güdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2018 08:27 Asia/Baku
  • Vaşinqton qrupu sənədi tənzimləyənlərin iradəsinin Suriyaya qəbul etdirilməsi ardıncadır
    Vaşinqton qrupu sənədi tənzimləyənlərin iradəsinin Suriyaya qəbul etdirilməsi ardıncadır

Rusiyanın Livandakı səfirinin qənaətincə, Vaşinqton qrupunun Suriya haqdakı sənədi, onu tənzimləyənlərin istəklərinin Suriyaya qəbul etdirilməsi məqsədini güdür.

Aleksandr Zasipkin ABŞ, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı və İordaniyadan ibarət Vaşinqton qrupunun Suriyanın gələcəyi haqda sənədi barədə əl-Məyadin televiziyasına deyib: İndiyə qədər Rusiyanın bu haqda rəsmi mövqeyi bəlli deyil. Nəticədə, mənim sözlərim şəxsi qənaətimdir. Mənim fikrimcə, bu sənədin məzmunu və Soçidə Suriya Sülh Müzakirələri Konfransından öncə onun yayılması tamamilə aydındır. Bu sənəd Soçidə araşdırılması qərara alınan mövzulara alternativ kimi qəbul etdirilməsini nəzərdə tutur. Soçidə suriyalılar bir araya gələcəklər ki, bir sıra mövzular haqda danışıqlar aparsınlar. Lakin qeyd olunan sənəd, zahirdə, BMT təhlükəsizlik Şurasının qətnaməsi, bəzi prinsiplər, hətta Suriyada seçkilərin keçirilməsi haqda olsa da, əslində Vaşinqton qrupunun iradəsinin Suriyaya qəbul etdirilməsidir. ABŞ BMT-ni öz nəzarətində olan təşkilat kimi cilvələndirməyə və onun səviyyəsini bir qrupun tələbi həddinə endirməyə çalışır.