ABŞ helikopterinin hücumunda İraqda 20 nəfər ölüb və yaralanıb
-
SB-ERDOGAN -NEW
ABŞ hərbi helikopterinin İraqın əl-Anbar vilayətinin qərbində əl-Bağdadi bölgəsinə hücumunda təxminən 20 iraqlı həlak olub və yaralanıb.
Əl-Məyadin televiziyasının məlumatına görə, bir ədəd ABŞ helikopteri şənbə günü əl-Bağdadi istiqamətində hərəkətdə olan İraqın sivil və təhlükəsizlik avtomobillərinə hücum edib. Nəticədə İraqın 7 təhlükəsizlik qüvvəsi və köçəri həlak olub, 11 nəfər, o cümlədən bu bölgənin təhlükəsizlik müdiri Şərhəbil əl-Əbidi və bölgə polis rəisi Salam əl-Əbidi yaralanıb.
İraqın təhlükəsizlik və köçəri könüllü qüvvələri Ər-Rəmadinin qərbində əl-Bağdadi bölgəsində təhlükəsizliyi təmin edirlər.
ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə Koalisiya" qüvvələrinin yerləşdiyi Eynül-Əsəd hava bazası əl-Bağdadi məntəqəsindədir.
ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə Koalisiya" 2017-ci il 30 noyabrda bir hesabat yayaraq 2014-cü ildən İraq və Suriyada azı 800 sivilin qətlə yetirildiyini etiraf edib. Lakin ABŞ koalisiyasının İraq və Suriyaya hücumlarını izləyən Airwars qrupu analoji dövrdə İraq və Suriyada qətlə yetirilənlərin real sayının azı 5 min 961 sivil olduğunu bildirib.
ABŞ son illərdə terror qrupları ilə mübarizə bəhanəsi ilə dəfələrlə İraq və Suriyada sivilləri atəşə tutmuşdur.