Rusiya: Soçi Konqresinin iştirakçıları bütün ixtilaflardan keçdilər
Yan 31, 2018 07:58 Asia/Baku
-
Aleksandr Lavrentiev
Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi çərşənbə axşamı gecə Soçi konqresində iştirak edənlərin bütün ixtilafları arxada qoyduqlarını bildirərək deyib: Soçi Konqresində üç sənəd təsdiqləndi.
İRİB-in məlumatına görə, Aleksandr Lavrentiev deyib: Bu üç sənəd BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Misturaya təhvl veriləcək ki, onlara əsasən addım atsın.
Soçi şəhərində keçirilən Suriya Milli Dialoq Konqresi çərşənbə axşamı günü bəyanatın oxunması ilə öz işinə yekun vurub.
Teqlər