Fev 03, 2018 17:53 Asia/Baku
  • Kanadada neft borusunun genişləndirilməsinə etiraz olunub
    Kanadada neft borusunun genişləndirilməsinə etiraz olunub

Kanadanın qərbində Britiş Kolumbiya ştatında qalmaqallı neft boru kəmərinin genişləndirilməsinə qarşı olan bir qrup bu ölkə baş nazirini tənqid atəşinə tutub və ondan bu proje haqda öz qərarından vaz keçməsini istəyib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, etirazçılar cümə günü Kanada baş naziri Castin Trodonun Vankover adasında Nanaymo şəhərində ictimai toplantıdakı çıxışını kəsiblər. 

Televiziya kadrlarına əsasən, polis bu iclasda baş nazirin çıxışı zamanı hay-küy salan etirazçılardan üç nəfəri saxlayıb. 

Britiş Kolumbiya sakinlərinin Trans Mountain neft boru kəmərinin üç dəfə artırılmasına sərt şəkildə qarşı çıxmaları cümə günü iclasının gərgin olmasına səbəb olub. 

Trodo hökumətinin lisenziya verdiyi Edminton və Vankover şəhərləri arasında boru kəmərinin 1150 kilometrə qədər artırılması çox çirkləndirici olan neft tullantısının ixracını sadələşdirə bilər. 

Müxaliflər ehtimal olunan neft çirkləndiricilərinin Kanadanın Sakit okean sahillərində eko-sistemə ciddi ziyan vurmasından nigarandırlar. 

Teqlər