Fev 07, 2018 13:50 Asia/Baku
  • ABŞ vitse-prezidenti Yaponiyada səfərdədir

ABŞ-ın vitse-prezidenti Mayk Pens Yaponiya rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün Tokioya səfər edib.

Asoşeyted Press-in verdiyi məlumata görə, Yaponiyada səfərdə olan Mayk Pens bu ölkə rəsmiləri o cümlədən baş nazir Şinzo Abe ilə görüşüb, regional məsələlər xüsisilə Koreya Yarımadasının durumu haqda danışıqlar aparmalıdır.

Bundan öncə Şimali Koreya Vaşinqton, Seul və Tokioya düşmənçilik siyasətlərində israrlı qalmaları barədə xəbərdarlıq edərək, bildirmişdi ki, əgər Amerika və müttəfiqləri birgə hərbi manevrlər keçirmək fikrinə düşərlərsə, Koreya Yarımadası bir daha gərginlik və qarşıdurmanın şahidi olacaq. 

Amerika və Cənubi Koreya ötən həftə bildirdilər ki, Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarının ardınca yenidən birgə hərbi manevrlərə start verəcəklər. 

23-cü Qış Olimpiya Oyunları 9-25 fevralda Cənubi Koreyanın Pyenqçanq şəhərində keçiriləcək. 

Mayk Pens cümə axşamı Cənubi Koreya prezidenti Mun Jae İn ilə görüşümək üçün Seula səfər edəcək. Cümə günü axşam isə Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək. 

Mayk Pens ilə Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Cənubi Koreyaya səfər edəcək, Şimali Koreya rəsmiləri arasında görüşün baş tutması ehtimalı da istisna edilmir. 

Şimali Koreyanın ikinci adamı olan Kim Yonq Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Cənubi Koreyaya səfər edəcək. 

Teqlər