Rusiya: ABŞ Suriyanı qarət etmək istəyir
Rusiyanın Müdafiə Nazirliyi ABŞ-ın Suriyada dövlət qüvvələrinə hücum etməsinin, Vaşinqtonun Suriyanı iqtisadi baxımdan yağmalamağa çalışmasının nişanəsi adlandırıb.
Asoşeyted Press-in verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi cümə axşamı bir bəyanat yayaraq, bildirib: ABŞ-ın Suriyanın Deyrəzzur vilayətinə hücumu bir daha sübut etdi ki, Vaşinqton Suriyadakı qeyri-qanuni varlığını İŞİD terrorizmi ilə mübarizə aparmaq üçün yox, bu ölkəni iqtisadi baxımdan qarət etmək üçün qoruyub.
ABŞ hökuməti İŞİD terror qruplaşması ilə mübarizə aparmaq adı altında tamamilə qanunsuz şəkildə və Suriya dövlətinin icazəsi olmadan bu ölkəyə hərbi müdaxilə edib.
ABŞ dövlət katibi Reks Tillerson da ölkəsinin Suriyadakı varlığının və bu ölkəyə qarşı hərbi müdaxiləsinin davam edəcəyini vurğulayıb.
Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə ABŞ-ın himayəsi altında olan terrorçuların Suriyanın qanuni hökumətini devirmək məqsədi ilə bu ölkəyə hücum etməsi ilə başlandı.