Rusiya: Amerikanın Suriyaya hücumu hərbi cinayətdir
-
Rusiya: Amerikanın Suriyaya hücumu hərbi cinayətdir
Rusiyanın BMT-dəki daimi nümayəndəsi ABŞ-ın Suriyanın Diyrəzzur vilayətinə qarşı hava hücumunu qəbuledilməz və cinayət adlandırıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya cümə axşamı günü bu təşkilatın təhlükəsizlik şurasının iclasında Amerikanın Suriyanın şərqinə qarşı hücumuna etiraz edərək, deyib: Moskva amerikalılara deyibdir ki, Suriyadakı iştirakları qanunsuzdur və heç kəs onları bu ölkəyə dəvət etməyibdir.
Vasili Nebenzya əlavə edib: Amerikalılar israr edirlər ki, Suriyada terrorizmlə mübarizə edirlər, amma indiyədək bu ölkədə terrorçulara qarşı heç bir addım atmayıblar.
Amerikanın komandanlığı altında olan dırnaqarası anti-İŞİD koalisiyası qırıcılarının Suriyanın Diyrəzzur vilayətinə qarşı hava hücumunda Suriya dövlətinə tərəfdar olan yüzdən çox nəfər öldürülübdür.