Fev 09, 2018 17:19 Asia/Baku
  • Kaliforniyada aksiya
    Kaliforniyada aksiya

Tramp hökumətinin Atlantik okeanı sahillərinin dibində neft qazıntısı üzrə layihəsilə müxalif olanlar Kaliforniya ştatında aksiya keçiriblər.

Dünən yüzlərlə nəfər Amerikanın Kaliforniya ştatında aksiya keçirərək, Tramp hökumətindən istəyibdir ki, özünün Atlantik okeanı sahillərinin dibində neft qazıntısının genişləndirilməsi üzrə planlarını kənara qoysun.

Etirazçılar bu aksiyanı okean enerjisinin idarə olunması bürosunun iclası ərəfəsində Sakramento şəhərində keçiriblər.

Okean enerjisinin idarə olunması bürosu 2020-ci ildən 2023-cü ilədək Kaliforniyanın dibində qazıntı haqqını satıbdır.

Kaliforniya ştatının sahilləri və sularına nəzarət üzrə ştat komissiyaları xəbərdarlıq ediblər ki, bu plan ilə müxalifət üzrə bütün mümkün qanuni maneələrdən istifadə edəcəklər.

ABŞ-ın daxili işlər naziri Rayan Zinke son zamanlar demişdi ki, Amerikanın bütün sahil xətlərini neft və qaz üzrə kəşfiyyat və istismar fəaliyyətlərinin üzünə açmaq niyyətindədir.

ABŞ-ın bir neçə digər ştatı, o sıradan Florida, Şimali və Cənubi Karolina və Vaşinqton ştatları da dənizdən neftin çıxarılmasının genişlənməsi ilə öz müxalifətlərnii elan ediblər.

Teqlər