Rusiya səfiri: Nüvə anlaşmasına yenidən baxıla bilməz
https://azeri.sahartv.ir/news/dünya-i295125-rusiya_səfiri_nüvə_anlaşmasına_yenidən_baxıla_bilməz
Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı səfiri cümə günü Rusiya 24 televiziyası ilə müsahibədə deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramına yenidən baxıla bilməz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 10, 2018 06:13 Asia/Baku
  • Rusiya səfiri: Nüvə anlaşmasına yenidən baxıla bilməz
    Rusiya səfiri: Nüvə anlaşmasına yenidən baxıla bilməz

Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı səfiri cümə günü Rusiya 24 televiziyası ilə müsahibədə deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramına yenidən baxıla bilməz.

İRNA-nın məlumatına görə, Vasili Nebenzya bildirib: Nüvə anlaşmasının məğlubiyyətinin mənfi nəticələri olacaqdır. 

Rusiya Xarici  İşlər Nazirliyi də çərşənbə günü bildirib: İran və 5+1 qrupu arasında nüvə anlaşmasının ləğv olunmasına səylərin mənfi nəticələri olacaqdır. 

Sergey Lavrov bütün tərəflərin Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalmasını istəyib. 

İran və 5+1 qrupu (Britaniya, Fransa, Rusiya, Çin, ABŞ və Almaniya) arasında nüvə anlaşması 2016-cı il yanvar ayında qüvvəyə minib. Lakin bu qrupun üzvlərindən olan ABŞ hökuməti həmişə nüvə anlaşmasının icrasına maneəçilik yaradıb. 

ABŞ prezidenti Donald Tramp bütün tərəflərin mövqeyinə zidd olaraq Əhatəli Müştərək Təşəbbüs Proqramını dəhşətli anlaşma adlandırıb və onun ləğv edilməsini istəyir. Lakin dünya onun bu düşmənçi hərəkətinə qarşıdır.