Fev 16, 2018 10:49 Asia/Baku
  • Amerikalı müəllim: Florida insidenti ABŞ üçün milli rüsvayçılıqdır

Beynəlxalq münasibətlər sahəsində tanınmış müəllim və ideoloq ABŞ-ın Florida ştatında dəhşətli silahlı insidenti milli rüsvayçılıq adlandırıb.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Stefan Volt bir Twitter mesajında yazıb: ABŞ-ın yerinə Rusiya, Çin, İran və ya Şimali Koreyada orta məktəblərdə silahlı insident baş versəydi, amerikalı siyasətçilər bu hadisələrin amerikalıların üstünlüyünün isbatlayıcısı olduğunu deyərdilər. 

Tanınmış müəllim əlavə edib: Amma reallıq budur ki, bu hadisə ABŞ üçün milli rüsvayçılıqdır. 

Çərşənbə günü Florida ştatında Stonmen Duqlas məktəbində dəhşətli silahlı insident nəticəsində azı 20 nəfər həlak olub təxminən 50 nəfər yaralanıb. Hadisəni Nikolas Kruz adlı 19 yaşlı gənc törədib. 

İldə ABŞ-ın müxtəlif bölgələrində minlərlə nəfər silahlı insident nəticəsində həlak olur və ya yaralanır. 

Teqlər