Texasda atışma; 4 yaralı
https://azeri.sahartv.ir/news/dünya-i296199-texasda_atışma_4_yaralı
ABŞ-ın Texas ştatında bir restoran qarşısında baş verən atışmada 4 nəfər yaralanıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 19, 2018 18:02 Asia/Baku
  • Texasda atışma; 4 yaralı
    Texasda atışma; 4 yaralı

ABŞ-ın Texas ştatında bir restoran qarşısında baş verən atışmada 4 nəfər yaralanıb

APTN-in verdiyi məlumata görə, dünən San Antonio şəhərinin məşhur restoranlarından birinin parkinqində baş verən bu hadisədə altı yaşlı bir oğlan uşağı başqa 3 nəfərlə birlikdə yaralanıblar. 

Şəhərin polis rəisi Ulyam Mak Manus bildirib ki, biri-biri ilə qohum olan yaralıların 2-nin durumu yaxşı deyil. 

Hər il Amerikada minlərlə insan odlu silahdan açılan atəş nəticəsində ölür yaxud yaralanır. Rəsmi statistikalara görə, Amerikada 270-300 milyon ədəd odlu silah var, başqa sözlə bu ölkədə adambaşına bir ədəd silah mövcuddur.