Fev 24, 2018 08:27 Asia/Baku
  • İtaliyada tibb işçilərindən bir qrupu tətil keçirir
    İtaliyada tibb işçilərindən bir qrupu tətil keçirir

Əmək birliklərinin çağırışlarının ardınca bütün İtaliyada tibb bacıları dövlətin iqtisadi siyasətlərinə etiraz olaraq, tətil keçiriblər.

Əmək birlikləri bildiriblər ki, bütün İtaliyada tibb bacı və qardaşlarının tətil keçirmələrinin səbəbi, dövlətin onların tələblərinə məhəl qoymamasıdır. Onlar yeni müqavilələrin ilkin mətnini utancgətirici adlandırıblar.

Buna əsasən, dövlətin iqtisadi siyasətlərinə etiraz edən tibb bacıları əmək şəraitinin yaxşılaşdırılması, münasib əmək haqqı və tibb bacılarının yeni nəslinin yerləşdirilməsini istəyiblər.

İtaliya əmək birlikləri bildiriblər ki, bu ölkə 2021-ci ilədək 63 min tibb bacısı çatışmazlığı ilə üzləşəcəkdir.

Teqlər