Putin yeni soyuq müharibənin başlanmasını rədd etdi
https://azeri.sahartv.ir/news/dünya-i297395-putin_yeni_soyuq_müharibənin_başlanmasını_rədd_etdi
Rusiya prezidenti Amerika Birləşmiş Ştatlarının bir televiziyası ilə müsahibədə yeni soyuq müharibənin başlanmasını rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2018 13:47 Asia/Baku
  • Putin yeni soyuq müharibənin başlanmasını rədd etdi
    Putin yeni soyuq müharibənin başlanmasını rədd etdi

Rusiya prezidenti Amerika Birləşmiş Ştatlarının bir televiziyası ilə müsahibədə yeni soyuq müharibənin başlanmasını rədd edib.

İRNA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin deyib: Fikrimcə yeni soyuq müharibənin başlandığını söyləyənlər analitik deyillər. 

Putin öz illik çıxışında bildirib: Rusiya nüvə potensiallı yeni silahlar istehsal edib. Bu silahların hamısı asanlıqla müdafiə sistemlərindən keçə bilirlər. 

Rusiya prezidenti deyib: Böyük qüdrətlər bir-birləri əleyhinə təhdid yaratmaq yerinə terrorçular qarşısında müdafiə üçün səylərini birləşdirməlidirlər. 

Bundan öncə ABŞ Müdafiə Nazirliyinin Kadrlar Komissiyasının sabiq sədri və eks-prezident Barak Obamanın dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi olan Ceremi Buş bildirmişdi ki, Rusiyanın hərəkətə keçdiyinin şahidiyik və bu məsələ yeni soyuq müharibənin baş verməsi ilə nəticələnə bilər.