Putinin tərəfdarları Moskvada mitinq təşkil ediblər
Mart 04, 2018 18:16 Asia/Baku
-
Putinin tərəfdarları Moskvada mitinq təşkil ediblər
Rusiya prezidenti Vladimir PUtinin tərəfdarları prezident seçkiləri ərəfəsində Moskvada mitinq keçiriblər.
ABC Nyus-un verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin özünün seçki kampaniyasına Moskvada start verib və on minlərlə tərəfdarı qarşısında çıxış edib.
Rusiya polisi bu mitinqdə 130 min nəfərin iştirak etdiyini bildirib. Mitinq Moskvanın "Lujniki" stadionunda keçirilib.
Putin tərəfdarları qarşısında etdiyi çıxışında sadəcə öz tərəfdarlarını deyil, Rusiyanı sevən hər kəsi sevdiyini söyləyib.
Teqlər