Şimali Koreya lideri Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılmasını istədi
Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılmasını istəyib.
İRNA-nın məlumatına görə, Kim Çen İn bazar ertəsi günü Şimali Koreyanın Fəhlə Partiyasının mərkəzi qərargahında Cənubi Koreya heyətinin Pxenyana səfər etməsi münasibəti ilə keçirilən tədbirdə Pxenyanın iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsini dəstəklədiyini bildirib və iki ölkə münasibətləri tarixində yeni səhifənin açılmasını istəyib.
Şimali Koreya lideri Kim Çen İn həmçinin bu görüşdə Koreya yarımadasında hərbi gərginliklərin azaldılması və Cənubi Koreya heyəti ilə danışıqların davam etdirilməsi haqda fikir mübadiləsi aparıb.
Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında Şimali Koreya idmançılarından bir qrupu və oyunların açılış mərasimində bir qrup rəsmisinin iştirak etməsindən sonra, iki Koreya arasında gərginliklərin azaldılması və Koreya yarımadasında sabitliyin bərpa olunması üçün ümidlər artmışdır.