Rusiya hərbi təyyarəsi süqut etdi, 39 nəfər həlak oldu
Mart 07, 2018 06:49 Asia/Baku
Rusiyanın Müdafiə Nazirliyi çərşənbə axşamı bu ölkənin bir ədəd hərbi yük təyyarəsinin süqut etməsi və təyyarədə olan 39 nəfərin həyatını itirməsindən xəbər verib.
İRİB-nin verdiyi məlumata görə, Rusiyanın bir ədəd AN yük təyyarəsi çərşənbə axşamı Suriyada, Həmimim hava bazasına enərkən, yerə çırpılıb.
Rusiyanın Müdafiə Nazirliyi ilkin məlumatda hadisə nəticəsində 32 nəfərin öldüyünü bildirmişdi.
Rusiyanın Müdafiə Nazirliyi təyyarənin texniki səbəblər üzündən süqut etdiyini bildirib.
Teqlər