Putin: Rusiya terrorizmin yayılmasının qarşısını almaq üçün Suriyaya kömək etdi
https://azeri.sahartv.ir/news/dünya-i297997-putin_rusiya_terrorizmin_yayılmasının_qarşısını_almaq_üçün_suriyaya_kömək_etdi
Rusiya prezidenti deyib: Moskvanın Suriyaya yardımı rus silahlarının nümayiş etdirilməsi üçün olmayıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2018 13:04 Asia/Baku
  • Putin: Rusiya terrorizmin yayılmasının qarşısını almaq üçün Suriyaya kömək etdi
    Putin: Rusiya terrorizmin yayılmasının qarşısını almaq üçün Suriyaya kömək etdi

Rusiya prezidenti deyib: Moskvanın Suriyaya yardımı rus silahlarının nümayiş etdirilməsi üçün olmayıbdır.

Rusiya prezidenti Vladimir Putin deyib: Moskva Suriyaya kömək etmək qərarına gələrkən, bu qərarı öz silahlarını nümayiş etdirmək üçün deyil, terrorizmin yayılmasının qarşısını almaq üçün çıxardı.

Putin vurğulayıb: Rusiya indiyədək Suirya barədə bütün tərəflərlə müzakirələr sahəsində mülayimlik göstərib və aydın olubdur ki, bu müzakirələr hamı üçün müsbət nəticələrə malik olubdur.

Rusiya prezidenti əlavə edib: Suriyada Rusiya vətəndaşı olan iki min terrorçu olub və 4500 terrorçu da Mərkəzi Asiyadan və Rusiyanın giriş və çıxış tərzi barədə müqavilələrə malik olmadığı ölkələrdən olubdur.

Rusiya prezidenti həmçinin ABŞ-ın siyasi quruluşundan narazılıq edərək, deyib: Bu siyasi quruluş öz acizliyi və faydasızlığını göstəribdir və belə bir sistem ilə anlaşma çox çətindir, zira proqnozedilməz tərzdə hərəkət edir.

Rusiya 2015-ci ilin sentyabr ayının sonlarından Suriyanın qanuni dövlətinin rəsmi xahişi ilə və bu ölkədə terrorçularla mübarizə üçün həmkarlıq formasında İŞİD və Cibhətunnusrə terrorçularının hədəflərini bombalamaqdan ötrü öz sualtı və dəniz bölmələri, bombardmançıları və hava-kosmos qüvvələrindən istifadə edir.